"Hörmüzdə gəmilərin sərbəst hərəkəti təmin olunmalıdır" - Si Cinpin

2025/11/1761973378.jpg
Oxunub: 461     19:35     20 Aprel 2026    
Hörmüz boğazında gəmilərin hərəkəti sərbəst olmalıdır. Bu Yaxın Şərq regionundakı bütün ölkələrin maraqlarına uyğundur.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı zamanı bildirib.

“Hörmüz boğazı normal gəmiçilik üçün açıq qalmalıdır, bu region ölkələrinin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına cavab verir”, – deyə Çin lideri vurğulayıb.

Si Cinpin həmçinin, Yaxın Şərqdə münaqişə tərəflərini dərhal atəşkəsə çağırıb.

O qeyd edib ki, Çin Yaxın Şərq ölkələrində mehriban qonşuluq, təhlükəsizlik və əməkdaşlıq mühitinin qurulmasını dəstəkləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Hörmüz  


Bizi "telegram"da izləyin