Ordu.az "IRIB News"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
"Düşmən öz hədəflərinin heç birinə - nə İranın parçalanmasına, nə də xalqın öz ölkəsinə qarşı təhrik edilməsinə nail ola bilməyib", - o qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton bəzi iddialarından əl çəkməli və İran xalqının hüquqlarına hörmət etməlidir:
"Biz milli təhlükəsizlik və ərazi bütövlüyü məsələlərində heç bir güzəştə getməyəcəyik. Çətinlikləri sağlam düşüncə ilə dəf edəcəyik. İran xalqı qalibdir və bu qələbəyə səbəb birlikdir".
Ordu.az