Dəqiq Tuşlama və Uzun Mənzil Bir Arada: JDAM-LR səhnəyə çıxdı

2026/04/1776700555.jpg
Oxunub: 589     19:56     20 Aprel 2026    
ABŞ donanması JDAM tuşlama dəstinin uzun mənzilli versiyası olan JDAM-LR-in ilk sınaq fəaliyyətlərini həyata keçirib.

Ordu.az xəbər verir ki, sursat sınaq zamanı 370 kilometr mənzilə çatıb.

Bir müddətdir aviadaşıyıcılardakı döyüş təyyarəsi eskadrilyalarına uzun mənzilli və aşağı dəyərli sursat qazandırmağı hədəfləyən ABŞ donanması “Boeing” ilə birgə hazırladığı və 2023-cü ildə başladığı JDAM-LR proqramında mühüm mərhələyə çatıb.

Aprel ayı ərzində keçirilən sınaq fəaliyyətləri ilə JDAM-LR-in təhlükəsiz ayrılma sınaqları, mövcud interfeyslərdən istifadə qabiliyyəti, “turbojet” mühərriklə uçuşu və naviqasiyası sınaqdan keçirilib. Sınaqlar zamanı F/A-18 döyüş təyyarəsindən buraxılan sursat 370 kilometr mənzilə çatıb.

JDAM Tuşlama Dəstinin JDAM-ER versiyasında olduğu kimi qanad dəstinə malik olan JDAM-LR, fərqli olaraq TDI J85 “Turbojet” Mühərrikindən istifadə edir. JDAM və JDAM-ER sursatları itkisiz olduğu halda, JDAM-LR bu “turbojet” mühərrik sayəsində təxminən 225 kiloqram ağırlığında döyüş başlığı ilə 500 kilometrdən artıq mənzilə çata biləcək. Digər tərəfdən, JDAM-LRın döyüş başlığı olmayan saxta hədəf (decoy) versiyası isə daha böyük yanacaq çəni sayəsində 1300 kilometr mənzilə çata biləcək.

Hazırda klassik JDAM Tuşlama Dəstində olduğu kimi GPS/INS tuşlama sisteminə malik olan JDAM-LR-ə istənildiyi halda axtarış başlıqları, məlumat ötürmə xətləri və digər tapşırıq elektronikası inteqrasiya edilə biləcək.

Sursatın hazırlanmasındakı əsas motivasiyanın hava hücumundan müdafiə batareyaları kimi kritik hədəfləri hava platformalarını riskə atmadan vura biləcək uzun mənzilli və aşağı dəyərli variant yaratmaq olduğu bilinir.

Bu günədək 500 min ədədə yaxın JDAM satışı həyata keçirən “Boeing”in hərəkət sistemli JDAM üçün də güclü tələblə qarşılaşacağı qiymətləndirilir.

Hələ qiyməti açıqlanmasa da, JDAM-LR-in baza modelinin təxminən 110 min ABŞ dolları səviyyəsində vahid dəyərinə malik olduğu qiymətləndirilir. Qiymətə təsir edən əsas amil TDI J85 “Turbojet” Mühərrikidir. Bu vəziyyət JDAM-LR-i 500 kilometr mənzil səviyyəsində dünyanın ən ucuz tuşlanan sursatlarından biri kimi mövqeləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: JDAM-LR   ABŞ  


Bizi "telegram"da izləyin