Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Vəziyyətlə tanış şəxslərin sözlərinə görə, ABŞ müharibə naziri Pit Heqset səsini qaldıraraq Driskolla deyib ki, rəhbərlik edən şəxs məhz özü Heqsetdir. O, Driskolla işə qarışmamağı əmr edib.
Heqsetin Driskoll ilə münaqişəsi Pentaqonda və Trampın bəzi dairələrində tənqid olunub.
Müharibə naziri Pit Heqset ilə ordu naziri Den Driskoll arasındakı mübahisə bütün dünyada görünməmiş hərbi öhdəliklər fonunda baş verib.
Münaqişə Driskollun gözlənilmədən Ukrayna diplomatiyasında rol alması ilə daha da kəskinləşib. 2025-ci ilin sonlarında Tramp Driskollu Ukrayna ilə Rusiya arasında müharibənin sülh yolu ilə tənzimlənməsi danışıqlarına göndərib. Bu addım Pentaqonda bir çoxlarını təəccübləndirib, çünki Driskollun işi adətən ordunu idarə etməyə yönəlir, beynəlxalq danışıqlar aparmağa yox. Bu işi isə adətən müdafiə naziri görür.
Məlumata görə, Heqset Driskollun iştirakına qarşı çıxıb və onun danışıqlardan uzaqlaşdırılmasını tələb edib. Qısa müddət sonra Driskoll tapşırıqdan kənarlaşdırılıb və ictimaiyyətin diqqətindən uzaq qalıb.
Sevinc Əliyeva
Ordu.az