Niderland enerji böhranı fonunda iqtisadiyyata dəstək üçün 927 milyon avro ayırır

2026/04/1776688849.jpg
Oxunub: 411     16:36     20 Aprel 2026    
Niderland hökuməti 927 milyon avro həcmində dəstək paketi işə salır.

Ordu.az xəbər verir ki, paket əhaliyə və biznesə yönəlib.

Bu qərar iqtisadi vəziyyətin pisləşməsi və enerji daşıyıcılarının qiymətlərinin artması fonunda qəbul edilib. Qiymət artımı İran əleyhinə ABŞ və İsrail qarşıdurması ilə əlaqələndirilir.

Parlamentə ünvanlanan hökumət məktubunda qeyd olunur ki, 627 milyon avro birbaşa xərclərə, daha 300 milyon avro isə vergi güzəştlərinə ayrılacaq. Nəzərdə tutulan tədbirlər sırasında iş yerinə getmək üçün verilən kompensasiyanın vergidən azad həddinin artırılması, ev təsərrüfatları üçün enerji fondunun yaradılması, həmçinin nəqliyyat sektoru və özəl şirkətlər üçün vergilərin azaldılması yer alır.

Eyni zamanda enerji böhranına reaksiya üzrə milli plan tətbiq olunur. Plan bazarlar üzərində gücləndirilmiş nəzarəti, əlavə tədbirlərin hazırlanmasını və Aİ üzvü digər ölkələrlə fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.

Bundan əlavə, Beynəlxalq Enerji Agentliyi ilə əldə olunmuş razılaşmalar çərçivəsində Niderland strateji ehtiyatdan 5,4 milyon barel neft istifadə etməyə hazırlaşır.

Hakimiyyət orqanları bildirirlər ki, vəziyyət sabitləşsə belə, enerji daşıyıcılarının qiymətləri uzun müddət yüksək qala bilər. Buna görə də ölkə daha dayanıqlı enerji mənbələrinə keçidi sürətləndirir və idxaldan asılılığı azaltmaq üçün addımlar atır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Hökumət   Dəstək  


Bizi "telegram"da izləyin