Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
O vurğulayıb ki, Beyrut müharibə və sülhlə bağlı qərarlar üzərində nəzarəti bərpa etmək, həmçinin ölkənin bütün ərazisində dövlət suverenliyini təmin etmək istəyir.
Nazir “X” sosial platformasında etdiyi paylaşımda Avstraliyadakı həmkarı ilə apardığı müzakirə barədə məlumat verib. Sonuncu Livan ərazisinin tamamında dövlət nəzarətinin genişləndirilməsinə yönəlmiş addımlara dəstək ifadə edib və Livana lazım olan humanitar yardımı göstərməyə hazır olduğunu bildirib.
Qurum rəhbəri həmçinin ümid etdiyini bildirib ki, davam edən danışıqlar “işğal olunmuş ərazilər”in geri qaytarılmasına və İsrail qüvvələrinin qısa müddətdə çıxarılmasına imkan verəcək.
Sevinc Əliyeva
Ordu.az