Xarici politoloq: “BƏƏ-də yerləşdirilmiş ABŞ-nin hərbi bazaları strateji üstünlükdən yükə çevrilib”

2026/02/1772275726.jpg
Oxunub: 409     16:26     20 Aprel 2026    
“BƏƏ-də yerləşdirilmiş ABŞ-nin hərbi bazaları strateji üstünlükdən yükə çevrilib”.

Ordu.az xəbər verir ki, bunu “X” sosial şəbəkəsindəki səhifəsində BƏƏ-dən olan tanınmış politoloq Əbdülxaliq Əbdulla bildirib.

“BƏƏ-nin öz müdafiəsi məsələsində artıq ABŞ-nin yardımına ehtiyacı yoxdur. İran hücumu zamanı Əmirliklər təsdiqlədi ki, öz təhlükəsizliyini müstəqil şəkildə qorumağa qadirdir”, - deyə politoloq yazıb.

Politoloq həmçinin vurğulayıb ki, ABŞ-nin hərbi bazaları dəyərini itirib. “Buna görə də onların bağlanması məsələsini müzakirə etməyin vaxtıdır. Onlar yükə çevriliblər və artıq strateji üstünlük deyillər. BƏƏ-yə yalnız ABŞ-nin ən yaxşı və ən müasir silahları lazımdır”, - deyə Əbdulla əlavə edib.

Onun sözlərinə görə, bölgədə son hadisələr açıq şəkildə göstərib ki, ölkənin öz gücü hesabına müdafiəni təmin etmək üçün kifayət qədər potensialı var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   ABŞ   Baza  


Bizi "telegram"da izləyin