Mark Rütte Türkiyəyə səfər edəcək

2025/11/1764172628.jpg
Oxunub: 480     16:17     20 Aprel 2026    
Şimali Atlantika Alyansının (NATO) Baş katibi Mark Rütte aprelin 21-22-də Türkiyəyə rəsmi səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri, general Yaşar Gülerlə görüşəcək.

Bundan başqa, alyansın baş katibi müdafiə sənayesi obyektini ziyarət edəcək.

"Səfər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələlərinə, habelə Türkiyə-NATO əlaqələrinə həsr olunacaq", - məlumatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   Türkiyə  


Bizi "telegram"da izləyin