Ordu.az xəbər verir ki, Muğlanın Marmaris rayonundakı “Aksaz” Dəniz Bazasından hərəkət edən TCG “Alemdar” sualtı qayıq heyətinin axtarış-xilasetmə gəmisi xilasetmə fəaliyyətlərini icra etmək üçün Aralıq dənizinə açılıb.
Sualtı Əməliyyat və Xilasetmə Komandanı kontr-admiral Eren Günay gəmidə keçirilən brifinqdə bildirib ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən planlaşdırılan “Kurtaran-2026” Şimal Dəniz Sahə Komandanlığı tərəfindən icra edilir.
“Kurtaran-2026” təlimində su səthinə çıxmaq qabiliyyətini itirmiş sualtı qayığın heyətinin NATO üzvü ölkələrin və digər ölkələrin iştirakı ilə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan milli xilasetmə vasitələri ilə xilas ediləcəyini bildirən Günay bunları qeyd edib:
“Təlim xilasetmə vasitələrinin yerləşdikləri ölkələrdən hava və dəniz yolu ilə qəza bölgəsinə ən qısa müddətdə köçürülə bilməsi, NATO üzvü olmayan ölkələrlə sualtı qayıqdan heyətin xilas edilməsi sahəsində gələcəkdə həyata keçirilə biləcək birgə xilasetmə əməliyyatları üçün üsullar hazırlanması, sualtı qayığın təxliyəsi və xilasetmə əməliyyatında yarana biləcək kütləvi yaralanmalara uyğun olaraq tibbi çeşidləmə, tibbi müalicə ilə rekompressiya və ya səthi dekompressiya müalicələrinin aparılması və tibbi təxliyənin icra edilməsidir”.
Günay bildirib ki, NATO Dəniz Komandanlığı (MARCOM) tərəfindən planlaşdırılan DYNAMIC MINOTAUR qərargah təlimi 2026-cı il aprelin 16-17-də Türkiyənin ev sahibliyində “Kurtaran-2026” təlimi ilə əlaqələndirilərək icra olunub.
Qərargahda qəbul edilən qərarlarla gəmilərin real vaxtda manevr etməsinin, xilasetmə sistemlərinin səfərbər edilərək sınaqdan keçirilməsinin və planlamaya fiziki ölçü qazandıraraq qarşılıqlı işləkliyin artırılmasının hədəfləndiyini vurğulayan Günay qeyd edib: “Kurtaran-2026” təlimi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən planlaşdırılan, Şimal Dəniz Sahə Komandanlığı tərəfindən icra edilən və bu il 9-cusu Aksaz-Marmaris bölgəsində keçiriləcək faktiki sualtı qayıqdan heyətin xilas edilməsi təlimidir”.
Təlim müddətində müxtəlif sahələrdə dibə oturmuş sualtı qayıqlara milli xilasetmə gəmiləri ilə müdaxilə ediləcəyini bildirən Günay deyib: “Təlimin hədəf kütləsi sualtı qayıq axtarış-xilasetmə əməliyyatında iştirak edən üzən, dalan, uçan vasitələr və yaradılmış qərargahlardır”.
Təlimdən əvvəl naviqasiya brifinqi keçirildi
Günay təlimdə Hərbi Dəniz Qüvvələri Komandanlığından 1 freqat, 1 sualtı qayıq xilasetmə gəmisi, 2 xilasetmə və yedəkləmə gəmisi, 3 sualtı qayıq, 2 mina ovlama gəmisi, 2 “Tuzla” sinfinə məxsus patrul gəmisi, 1 böyük liman yedək gəmisi, 1 dəniz patrul təyyarəsi, 2 helikopter, 2 pilotsuz uçuş aparatı, 1 paraşütlə axtarış-xilasetmə dəstəsi, 1 sualtı qayıq təxliyə və xilasetmə yardım dəstəsinin iştirak etdiyini bildirib, Quru Qoşunları Komandanlığından 1 AS-532 “Cougar” ambulans helikopteri, Hərbi Hava Qüvvələri Komandanlığından 1 CASA CN-235 tipli nəqliyyat təyyarəsi və Sahil Təhlükəsizliyi Komandanlığından 2 sahil təhlükəsizliyi katerinin dəstək verdiyini çatdırıb.
Təlim zamanı yan skan edən sonar, uzaqdan idarə olunan sualtı vasitələri, atmosfer dalış geyimi, xilasetmə zəngi, sualtı qayığın xarici havalandırma sistemi istifadə olunacağını, scuba və səthdən təchizatlı dalış sistemi ilə dalışlar həyata keçiriləcəyini bildirən Günay sözlərinə belə davam edib:
“Kurtaran-2026” sualtı qayıqdan heyətin xilas edilməsi təlimi çərçivəsində 2026-cı il aprelin 15-də təlimdə iştirak edən bütün milli vasitələrin və xarici müşahidəçilərin iştirakı ilə təlimdən əvvəl naviqasiya brifinqi keçirilib. Təlimin faktiki mərhələsi sualtı qayıq əməliyyat nəzarət orqanı tərəfindən verilən həyəcan mesajı ilə başlayıb, təlimə cəlb olunan axtarış-xilasetmə birlikləri “Aksaz” Dəniz Bazasından irəli hərəkət etdirilərək su səthinə çıxmaq qabiliyyətini itirmiş sualtı qayığın axtarılması, aşkarlanması və tanınması fəaliyyəti icra edilib.
Növbəti günlərdə şərti olaraq su səthinə çıxmaq qabiliyyətini itirmiş bir sualtı qayığa əsasən heyətin xilasetmə vasitələri ilə müdaxiləsi və heyətin təxliyəsi, xarici havalandırma, təcili həyat dəstəyi paketlərinin çatdırılması, paraşütlə axtarış-xilasetmə qrupu ilə sudan çıxarma və ilkin tibbi müdaxilə, zərərçəkənlərin tibbi çeşidləməsi, müalicəsi və tibbi təxliyəsi üçün zəruri tibbi dəstəyin verilməsi fəaliyyətləri icra edilib”.
Günay bildirib ki, “Kurtaran-2026” təliminin mətbuat günündə axtarış-xilasetmə vasitələrinin təqdimatı və faktiki olaraq həyata keçirilən xilasetmə təlimlərinin nümayişi baş tutacaq.
Təlimdə Hərbi Dəniz Qüvvələri Komandanı admiral Ercüment Tatlıoğlu, Donanma Komandanının müavini koramiral Yalçın Payal, Cənub Dəniz Sahə Komandanı vitse-admiral Rafet Oktar, Döyüş Donanması Komandanı kontr-admiral Mehmet Baybars Küçükatay, Şimal Dəniz Sahə Komandanı tümamiral Aziz Bakıoğlu, Sualtı Qayıq Donanması Komandanı kontr-admiral Timur Yılmaz və “Aksaz” Dəniz Bazası Komandanı kontr-admiral Hamdi Abanoz iştirak ediblər.
Təlimin xüsusi müşahidəçi günü mərhələsini 22 ölkədən 11 hərbi attaşe də daxil olmaqla 34 müşahidəçi də izləyib.
Sevinc Əliyeva
Ordu.az