Ordu.az xəbər verir ki, bu barədə “Reuters” “Kpler” analitik şirkətinin məlumatlarına istinadən xəbər yayıb.
İranda yüklənmiş beş gəmi arasında həm üç mayeləşdirilmiş qaz tankeri, həm də Çinə və Hindistana neft məhsulları və metallar daşıyan yük gəmiləri olub.
Boğazı keçən digər gəmilər BƏƏ-dən və Bəhreyndən ixrac edilən neft, neft-kimya xammalı və gübrələr daşıyıblar. Bundan əlavə, boğazı keçən gəmilər arasında Səudiyyə Ərəbistanından neft koksu daşıyan yük gəmisi də olub.
Fevralın 28-də başlayan ABŞ-İsrail hərbi əməliyyatlarından sonra İran boğaz vasitəsilə ticarətin dayandırıldığını bəyan etmişdi. Qeyd edək ki, dünya neftinin təxminən 20%-i və mayeləşdirilmiş təbii qazın 30%-dən çoxu bu marşrutdan keçir.
Aprelin 17-də İranın xarici işlər naziri Abbas Əraqçi boğazın gəmiçilik üçün açıldığını bildirib və bunu Livanda əldə edilmiş atəşkəslə əlaqələndirib. Həmin gün münaqişənin başlanmasından sonra ilk dəfə kruiz gəmisi boğazdan keçib.
Lakin aprelin 18-də Tehran boğaz üzərində hərbi nəzarətin bərpa olunduğunu açıqlayıb. Daha sonra “İslam İnqilabı Keşikçiləri Korpusu” (İİKK) ABŞ dəniz blokadasını aradan qaldırmayana qədər boğazı yenidən bağlamaq istədiyini bildirib. İran Silahlı Qüvvələri həmçinin iki tankerin hərəkətini dayandıraraq onların boğazı keçməsinə imkan verməyib.
Sevinc Əliyeva
Ordu.az