Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə diyarın operativ qərargahının "Telegram" kanalında bildirilib.
"Aprelin 19-da peykdən çəkilmiş şəkildə dənizdə, Tuapse limanından neft ləkəsi qeydə alınıb. Bu, aprelin 16-na keçən gecə həyata keçirilən və dəniz terminalının infrastrukturunun zədələnməsi ilə nəticələnən PUA hücumunun fəsadlarıdır", - məlumatda vurğulanıb.
Çirklənmə sahəsi 10 min kvadrat metr olaraq qiymətləndirilib. Əməliyyat qərargahından bildirilib ki, hadisənin fəsadları lokallaşdırılıb.
Ordu.az