Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
2024-cü ildə Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi tərəfindən təsdiqlənən layihənin əhəmiyyətinə toxunan Karataş deyib: “Müdafiə sənayesi ekosistemimizdəki bütün iştirakçıların yetkinliklərini dövrün tələb etdiyi texnologiyalara uyğun şəkildə gücləndirməyi hədəfləyirik”.
Karataş hədəf kütlələrinin yalnız ölkə daxilindəki tələbələr olmadığını, Avropada doğulub böyümüş və ya karyerasını xaricdə davam etdirən Türkiyə vətəndaşlarını da əhatə etdiyini bildirərək qeyd edib: “Eyndhoven ilə başladığımız bu səfərdə Köln, Rotterdam, Düsseldorf, London və Berlindən sonra proqramımızı Hamburqda davam etdirəcəyik”.
Müdafiə sənayesindəki 20 illik inkişaf prosesini və gələcək yol xəritəsini gənclərlə birbaşa paylaşdıqlarını bildirən Karataş bunları qeyd edib: “10 qabaqcıl şirkətimizlə birlikdə buradayıq. Keçirdiyimiz seminar və panellərdən sonra gənclərimizin lider qurumlarla fərdi görüşə biləcəyi bir “qarşılıqlı əlaqə platforması” yaradırıq. Vətəndaşlarımızın yanına gedərək onların dəyərli fikirlərini alırıq”.
Yerlilik səviyyəsi 80 faizi ötüb
Qlobal geosiyasi risklərin artdığı və ölkələrin müdafiə büdcələrini yenidən nəzərdən keçirdiyi bir dövrdə Türkiyənin strateji mövqedə olduğunu vurğulayan Karataş müdafiə sənayesində son 20 ildə yerlilik səviyyəsinin 20 faizdən 80 faizin üzərinə çıxdığını bildirib.
Karataş qeyd edib: “Bu gün 3 min 500-dən çox şirkətimizlə nəhəng bir ekosistemə sahibik. Ölkəmizin 230 növ müdafiə məhsulu dünyanın 185 ölkəsində istifadə olunur. Ötən il reallaşan 10,1 milyard dollarlıq ixracımızın yüzdə 50-dən çoxu NATO və Avropa İttifaqı ölkələrinə edilib. Hazırda dünyanın ən böyük 11-ci ixracatçısıyıq və hədəfimiz ilk 10-luğa daxil olmaqdır. Türkiyə yalnız öz ehtiyaclarını qarşılamır, dost və müttəfiq ölkələr üçün də kritik həll ortağına çevrilir”.
“Müharibə etməmək üçün güclü müdafiə sənayesi şərtdir”
Türkiyənin regional münaqişələrdəki balanslaşdırıcı roluna diqqət çəkən Karataş müdafiə sənayesinin çəkindirmə təsirini vurğulayıb.
Karataş qeyd edib: “Müharibənin qalibi olmaz. Müharibə etməkdən daha önəmlisi müharibə etməyə məcbur qalmayacaq bir gücə sahib olmaqdır. Tam müstəqil müdafiə sənayesi Türkiyənin diplomatiya masasında sözünün dinlənilməsini təmin edən strateji gücdür. Müdafiə sənayesindəki yetkinliyimiz ölkəmizin müharibələrdən kənarda qalmasında və sülhün istiqamətini müəyyən etməsində açar rol oynayır”.
“Müdafiə sənayesi bir mövcudluq məsələsidir”
Sahədəki insan resursları hədəflərinə də toxunan Karataş müdafiə sənayesini bir “mövcudluq məsələsi” kimi dəyərləndirib.
Karataş, həmçinin bildirib: “Hazırda 100 min olan əməkdaş sayımızı 2028-ci ilə qədər 150 minin üzərinə çıxarmağı hədəfləyirik. Sabah işimizi təhvil verəcəyimiz gənclərimizin fərqindəliyini artırmaq üçün buradayıq. Qəlbi Türkiyə bayrağı ilə döyünən bütün gənclərimizi bu böyük ailəyə dəvət edirik”.
O, hərbi texnologiyaların mülki həyatın inkişafına verdiyi töhfələrə diqqət çəkərək, Türkiyə müdafiə sənayesindəki AR-GE nailiyyətlərinin digər sahələr üçün lokomotiv olacağını bildirib.
Tükənməz qələmdən internetə qədər bir çox yeniliyin müdafiə sənayesindən doğduğunu xatırladan Karataş sözlərini belə tamamlayıb: “Layihələrimizi “ikili istifadə” prinsipi ilə idarə edirik. Müdafiə sənayesindəki iş intizamı və yüksək standartlar mülki sahələr üçün lokomotiv vəzifəsi görür. AR-GE nailiyyətlərimizi mülki sahəyə çevirmək yol xəritəmizin vazkeçilməz hissəsidir”.
Sevinc Əliyeva
Ordu.az