Yaponiya sahilləri yaxınlığında güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

2024/01/3853a-1704097045.jpg
Oxunub: 381     14:20     20 Aprel 2026    
Tohoku şimal-şərq regionunun sahillərindən şərqdə yerləşən ərazidə güclü zəlzələ baş verib.

Ordu.az xəbər verir ki, bu barədə hökumətin təcili bildirişində deyilir.

Seysmoloqlar yeraltı təkanların gücünü əvvəlcə 7,4 maqnitudada qiymətləndirmişdilər, lakin daha sonra bu göstərici yenidən nəzərdən keçirilib və 7,5-ə qaldırılıb.

İvate, Aomori, Miyagi prefekturalarının sahilyanı rayonlarında, eləcə də Hokkaydo adasının cənub hissəsində sunami təhlükəsi elan edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Sunami  


Bizi "telegram"da izləyin