İranla mümkün müharibə fonunda BƏƏ maliyyə dəstəyi məsələsi ilə bağlı ABŞ-yə müraciət edib

2026/04/1776675997.jpg
Oxunub: 366     12:56     20 Aprel 2026    
Birləşmiş Ərəb Əmirlikləri İranla mümkün hərbi toqquşma halında maliyyə dəstəyi almaq məqsədilə Vaşinqtonla ilkin müzakirələrə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, BƏƏ Mərkəzi Bankının sədri Xalid Məhəmməd Balama və ABŞ maliyyə naziri Skott Besent valyuta svop xəttinin yaradılması imkanını müzakirə ediblər.

BƏƏ hakimiyyəti narahatdır ki, münaqişənin kəskinləşməsi ölkə iqtisadiyyatına zərbə vura, investorları uzaqlaşdıra, valyuta ehtiyatlarını tükədə və Hörmüz boğazı ilə həyata keçirilən neft ixracını poza bilər.

Hələlik rəsmi müraciət təqdim olunmayıb, lakin bu addım qabaqlayıcı tədbir kimi qiymətləndirilir. Eyni zamanda qeyd olunur ki, dollar çatışmazlığı yaranarsa, Əmirliklər alternativ valyutalardan, o cümlədən yuandan istifadə etməyə məcbur qala bilər ki, bu da potensial olaraq neft hesablaşmalarında dolların rolunu zəiflədə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   ABŞ  


Bizi "telegram"da izləyin