Lukaşenko: “İran və ABŞ arasındakı münaqişədə qalib olmayacaq, sülh çox kövrəkdir”

2026/04/1776485829.jpg
Oxunub: 417     11:54     20 Aprel 2026    
“İran və ABŞ arasındakı münaqişədə qalib olmayacaq, əldə olunmuş atəşkəs isə son dərəcə qeyri-sabitdir”.

Ordu.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko RT-yə verdiyi müsahibədə bildirib.

Lukaşenko qeyd edib ki, “hələlik sülh az da olsa qalib gəlib, amma o, çox kövrəkdir” və bu sülh qorunmalı, inkişaf etdirilməlidir.

Lukaşenkonun sözlərinə görə, vəziyyətin bundan sonrakı inkişafı böyük ölçüdə ABŞ prezidenti Donald Trampın mövqeyindən asılıdır.

“Fimrimcə, Tramp instinktiv olaraq başa düşüb ki, artıq irəli gedə bilməz, çünki fəlakət olacaq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   ABŞ   İran  


Bizi "telegram"da izləyin