Ordu.az xəbər verir ki, bu barədə “Reuters” “Wood Mackenzie” və “Kpler” analitik şirkətlərinə istinadən məlumat yayıb.
“Kpler”in qiymətləndirməsinə görə, fevralın sonundan etibarən qlobal bazardan 500 milyon bareldən çox xam neft və kondensat çıxıb. Analitiklərin sözlərinə görə, bu, müasir tarixdə enerji daşıyıcılarının qlobal təchizatında ən böyük pozuntudur.
Ekspertlər xəbərdarlıq edirlər ki, böhranın nəticələri aylarla, hətta illərlə davam edə bilər.
“Wood Mackenzie”nin analitiki İen Moutun sözlərinə görə, belə həcmdə itki dünya aviasiya tələbatının 10 həftəsi və ya qlobal miqyasda avtomobil hərəkətinin 11 gün tam dayanması ilə müqayisə oluna bilər.
Sevinc Əliyeva
Ordu.az