Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
İki ölkə lideri arasında münaqişə Noboa tərəfindən Petronun ehtimal ki, ekvadorlu narkobaron, “Los Choneros” qruplaşmasının rəhbəri Xose Adolfo Masiasın yaxın çevrəsi ilə əlaqələrinin olması barədə səsləndirilən açıqlamalardan sonra daha da kəskinləşib. Bundan başqa, Noboa iddia edib ki, Petro Ekvadora səfəri zamanı guya narkobizneslə əlaqəli şəxslərə məxsus evdə qonaq olub.
Petro ittihamları rədd edərək bildirib ki, adı çəkilən narkobaronu tanımır və bu açıqlamaları siyasi motivli hesab edir. O həmçinin vurğulayıb ki, səfər zamanı onun təhlükəsizliyini məhz Ekvador ordusu təmin edib.
“Euronews”un məlumatına görə, bu mübahisə iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda baş verir. Bu gərginliyə ticarət fikir ayrılıqları, eləcə də təhlükəsizlik və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı problemlər daxildir.
Qeyd olunur ki, ABŞ-də artıq Petronun narkobaronlarla mümkün əlaqələri və seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi ilə bağlı araşdırmalar aparılır.
Sevinc Əliyeva
Ordu.az