BMT: Yaxın Şərq münaqişəsi Asiya-Sakit okean regionunda enerji böhranına səbəb olub

2026/04/1776666954.jpg
Oxunub: 346     10:39     20 Aprel 2026    
BMT-nin ESCAP təşkilatının icraçı katibi Armida Salsiah Aliscabana bəyan edib ki, Yaxın Şərq münaqişəsi Asiya-Sakit okean regionunda son onilliklərin ən ciddi enerji böhranını yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O, Banqkokda ESCAP-ın 82-ci sessiyasının açılışında çıxış edərək bildirib ki, geosiyasi gərginliyin artması və iqtisadi proteksionizmin güclənməsi şəraitində regionun sabitliyi təzyiq altındadır.

Onun sözlərinə görə, münaqişə enerji, ticarət, nəqliyyat əlaqələri və təchizat zəncirlərindəki struktur zəiflikləri üzə çıxarıb ki, bunlar davam edərsə, daha geniş sosial-iqtisadi nəticələrə gətirib çıxara bilər.

Aliscabana vurğulayıb ki, regionun ticarət və iqtisadi fəaliyyətinin təxminən 60 faizi Asiya-Sakit okean regionunda baş verir ki, bu da onu eyni zamanda həm qarşılıqlı bağlı, həm də həssas edir.

O əlavə edib ki, regional arxitektura artıq dəyişir, ticarət və investisiya modelləri, təchizat zəncirləri və enerji sistemləri yenidən qurulur, yeni ittifaqlar meydana çıxır.

Bununla yanaşı, Aliscabana qeyd edib ki, region iqtisadi dinamizm, texnoloji inkişaf və beynəlxalq əməkdaşlıq sayəsində uyğunlaşmaq və inkişaf etmək potensialına malikdir ki, bu da gələcəkdə dayanıqlılığı və təhlükəsizliyi gücləndirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Asiya-Sakit-okean  


Bizi "telegram"da izləyin