Ordu.az xəbər verir ki, bu barədə “Politico” Leyborist Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin sözlərinə görə, baş nazir komandaya rəhbərlik etmək iqtidarında deyil, çətin qərarlardan yayınır və insanlara qarşı laqeyddir. Rəsmilər həmçinin bildirirlər ki, Starmer məsuliyyəti başqalarının üzərinə atmağa meyllidir, buna görə də komandası ona etimad göstərmir. Onun ətrafındakı şəxslər getdikcə daha çox keçmiş baş nazir Boris Consonla paralellər aparırlar.
Sevinc Əliyeva
Ordu.az