Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyinə regionun hava hərəkətinin idarə olunması xidmətlərindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, ölkənin aviasiya hakimiyyəti uçuş qadağasını ən azı daha 12 saat, UTC vaxtı ilə saat 16:00-dək (Bakı vaxtı ilə saat 19:00-dək) uzadıb. Lakin mənbə qeyd edib ki, müddət qeyri-müəyyən olaraq qalır və məhdudiyyətlər yenidən uzadıla bilər.
Mənbə həmçinin vurğulayıb ki, Küveyt Yaxın Şərqdə məhdudiyyətlər tətbiq edildikdən sonra hava məkanını tam şəkildə yenidən açmayan yeganə ölkədir.
Sevinc Əliyeva
Ordu.az