Ordu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun məlumatlarında bildirilir.
Şübhəli şəxs qismində saxlanılan və barələrində müvafiq maddələrlə cinayət işi açılan şəxslərdən 13-ü yaşı 18-dən az olan yeniyetmələr olub.
Şübhəlilərdən 20-nin İstanbuldan kənarda saxlanıldığı qeyd olunur.
Qeyd edək ki, 2026-cı ilin aprelində Türkiyədə ardıcıl iki məktəb hücumu baş verib: Şanlıurfada keçmiş şagird məktəbdə ov tüfəngi ilə atəş açaraq 16 nəfəri yaralayıb və daha sonra özü ölüb, hadisədə başqa ölən olmayıb; ertəsi gün Kahramanmaraşda isə 14 yaşlı şagirdin atasına məxsus silahlarla məktəbə etdiyi hücum nəticəsində 10 nəfər həlak olub (şagirdlər və bir müəllim) və 13-dən çox insanı yaralanıb.
Ordu.az