İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib

2026/03/1773424469.jpg
Oxunub: 417     09:38     20 Aprel 2026    
İranda İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirli bilinən iki nəfər edam edilib.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, xaricdə xüsusi hazırlıq keçmiş məhkumlar "Mossad"la əlaqəli geniş casus şəbəkəsinin iştirakçısı olublar və İran xüsusi xidmət orqanlarının versiyasına görə, İslam Respublikasının ərazisində təxribatlar həyata keçirməyi planlaşdırıblar.

Agentlikdən bildiriblər ki, ölüm hökmü ölkənin ali məhkəməsi tərəfindən təsdiq edilib və icra olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Mossad  


Bizi "telegram"da izləyin