Ordu.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında dərc olunmuş protokolların 51,12 faizinin sayılmasından sonra bildirilib.
"Proqressiv Bolqarıstan" səslərin 44,597 faizini toplayıb. Səslərin 14,555 faizi "Dəyişikliyə Davam Edirik" partiya bloku və "Demokratik Bolqarıstan" koalisiyası, 12,664 faizi "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda" partiyası və Demokratik Qüvvələr Birliyi koalisiyası, 4,754 faizi Hüquq və Azadlıqlar Uğrunda Hərəkat və 4,657 faizi "İntibah" partiyasına verilib.
Ordu.az