Ordu.az-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.
"BƏƏ Mərkəzi Bankının sədri Xalid Məhəmməd Balama ötən həftə Vaşinqtonda ABŞ Maliyyə Naziri Skott Bessent, eləcə də Maliyyə Nazirliyi və Federal Ehtiyat Sistemi rəsmiləri ilə görüşlərdə valyuta svop xətti məsələsini qaldırıb", - deyə bildirilib.
Qəzetin mənbələrinə görə, BƏƏ İran ətrafındakı münaqişənin ən pis iqtisadi nəticələrindən indiyə qədər qaçmağı bacardığını, lakin maliyyə dəstəyinin "yenə də tələb oluna biləcəyini" vurğulayıb.
Ordu.az