Ordu.az-ın məlumatına görə, bu barədə Hərbi Hava İzləmə Alyansı məlumat yayıb.
Son günlərdə “B-1B Lancer” və “B-52H Stratofortress” daxil olmaqla bir sıra təyyarələr İngiltərənin qərbində təxminən bir saat yarım davam edən uçuşlar həyata keçirir.
Məlumata görə, Fairford bazasında hazırda əvvəllər İran hədəflərinə zərbələr endirmək üçün yerləşdirilmiş 15 ədəd “B-1B Lancer” ağır bombardmançı təyyarəsi və səkkiz “B-52H Stratofortress” mövcuddur.
Əməliyyatlarda, həmçinin ABŞ-nin materik hissəsindən İrana və geri fasiləsiz uçuşlar yerinə yetirən “B-2A Spirit” strateji gizli bombardmançı təyyarələri də iştirak edib.
Ordu.az