İran prezidenti və Pakistanın baş naziri regional vəziyyəti müzakirə ediblər - YENİLƏNİB

2026/04/1776661853.jpg
Oxunub: 631     09:08     20 Aprel 2026    
Pakistanın baş naziri Şehbaz Şərif bildirib ki, İslamabad dostları və tərəfdaşlarının dəstəyi ilə regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərə sadiq qalacaq.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan baş nazirinin ofisi məlumat yayıb.

Pakistan baş nazirinin ofisinin məlumatına görə, Şərif bunu bazar günü İran prezidenti Məsud Pezeşkian ilə 45 dəqiqəlik telefon danışığı zamanı deyib və Tehranda Pakistan ordusunun baş komandanı general Asim Munir ilə aparılan danışıqlarda İran rəsmilərinin konstruktiv mövqeyini alqışlayıb.

Bəyanata əsasən, Şərif və Pezeşkian regionda mövcud vəziyyəti ətraflı müzakirə ediblər.

Qeyd olunub ki, Şərif ABŞ-li danışıqlar aparan şəxslərlə 2026-cı il aprelin 11-12-si keçirilən müzakirələr məqsədilə parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyətinin İslamabada göndərilməsinə görə İslam İnqilabının rəhbəri ayətullah Seyid Müctəba Xameneyiyə və İran prezidentinə təşəkkür edib.

Pakistanın baş naziri İran prezidentinə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə rəhbərliyi ilə son görüşləri barədə məlumat verib. O qeyd edib ki, bu cür təmaslar dialoq və diplomatiyanın davamlı prosesinə dəstək verilməsi, müharibədən zərər çəkmiş regionda davamlı sülhün qurulması məqsədilə razılığın əldə olunması baxımından çox faydalı olub.

Bəyanatda bildirilir ki, Pezeşkian Pakistan baş nazirinə və orduya sülh səylərinə İslamabadın qəti sadiqliyinə görə minnətdarlığını ifadə edib və iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə çağırış edib. Bu barədə “Press TV” məlumat yayıb.

***

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb və regiondakı vəziyyəti müzakirə edib.

Ordu.az-ın məlumatına görə, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkəsində yazıb.

"Bu axşam Prezident Məsud Pezeşkyanla regional vəziyyətin inkişafı ilə bağlı səmimi və konstruktiv danışıq apardım.

Mən İranın iştirakını, o cümlədən tarixi danışıqlar üçün İslamabada yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsini, eləcə də Tehranda feldmarşal Seyid Asim Munirlə son müzakirələri təqdir etdim", - deyə o bildirib.

Baş nazir qeyd edib ki, Pakistan davamlı sülhün və regional sabitliyin təmin edilməsində dürüst və səmimi vasitəçi roluna tam sadiqdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Şərif  


Bizi "telegram"da izləyin