Ordu.az xəbər verir ki, bunu “X” sosial şəbəkəsində Macarıstanın baş nazir postunu tərk edən Viktor Orban yazıb.
Onun sözlərinə görə, Ukrayna neft tədarükünü artıq bazar ertəsi günü bərpa etməyə söz verib, eyni zamanda şərt qoyub ki, Macarıstan Aİ-nin 90 milyard avroluq kreditinə qoyduğu blokadanı götürsün.
“Macarıstanın mövqeyi dəyişməyib: neft yoxdursa, pul da yoxdur. Neft tədarükü bərpa edilən kimi biz artıq kreditin təsdiqlənməsinə mane olmayacağıq. Kreditin ödənilməsi Macarıstanın üzərinə maliyyə yükü və ya öhdəlik qoymur”, - deyə Macarıstanın sabiq baş naziri yazıb.
Rusiyadan Macarıstan və Slovakiyaya neft tədarükü yanvarın 27-də dayandırılmışdı. Ukraynanın bəyanatına görə, buna səbəb Rusiya pilotsuz uçuş aparatının zərbəsi olub.
Sevinc Əliyeva
Ordu.az