Roma Papası Yaxın Şərqdə uzunmüddətli atəşkəsə çağırıb

2025/08/1754823269.jpg
Oxunub: 397     22:23     19 Aprel 2026    
Roma Papası XIV Lev son günlər bu mövzu ilə bağlı səsləndirdiyi səs-küylü çıxışdan sonra bir daha Yaxın Şərqdə və bütün dünyada uzunmüddətli atəşkəsin təmin olunmasına çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“İsrail və Livan qruplaşmaları arasında atəşkəs ümid verir”, - deyə Roma Papası bildirib.

Eyni zamanda o bəyan edib ki, bölgədə davamlı sülhün bərqərar olması üçün “diplomatik həll üzərində çalışanları” “sülh danışıqlarını davam etdirməyə” təşviq edəcək.

Xatırladaq ki, son vaxtlar Roma Papası ilə ABŞ prezidenti Donald Tramp arasında pontifikin Yaxın Şərqdəki müharibəni sərt tənqid etməsi səbəbindən gərginlik yaranıb.

Tramp katoliklərin lideri barədə sərt bəyanatlar səsləndirmişdi.

Bundan bir neçə gün sonra Roma Papası Kamerunda etdiyi çıxış zamanı “dünyanı talayan bir qrup diktator”dan bəhs etmişdi.

Daha sonra o aydınlıq gətirmişdi ki, ABŞ prezidenti ilə mübahisəyə girmək niyyətində deyil və sözlərinin yanlış yozulduğunu bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papa   Sülh  


Bizi "telegram"da izləyin