Ordu.az-ın məlumatına görə, Ukraynanın XİN başçısı Andrey Sibiqa bunu "Ukrinform" agentliyinə müsahibəsində bildirib.
"Biz Türkiyədən Zelenski ilə Putin arasında (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red) və (ABŞ Prezidenti Donald Tramp- red) Trampın mümkün iştirakı ilə görüşün təşkili imkanını nəzərdən keçirməsini xahiş etmişik. Biz bu görüşə hazırıq", - Sibiqa deyib.
O, Türkiyə diplomatlarının işini yüksək qiymətləndirərək, onu çox səmərəli adlandırıb. Bununla yanaşı nazir həmçinin qeyd edib ki, Türkiyə də Rusiya-Ukrayna münaqişəsinin həllində maraqlıdır.
Ordu.az