Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” mediaya nəzarət edən agentliyə istinadən məlumat yayıb.
41 yaşlı jurnalist Şihab əl-Din Küveytdə yaşayan ailəsini ziyarət etdiyi vaxtdan - martın 2-dən etibarən internetdə heç nə paylaşmayıb və ictimaiyyət qarşısına çıxmayıb. Bu barədə Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
Komitə bildirib ki, ona yalan məlumat yaymaq, milli təhlükəsizliyə zərər vurmaq və mobil telefondan qanunsuz istifadə etmək ittihamları irəli sürülüb.
Martın 15-də Küveytdə hərbi strukturlar barədə onların nüfuzuna xələl gətirmək məqsədilə yalan xəbərlər yaymağa görə 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutan qanun qəbul edilib.
Fars körfəzi regionunun digər ölkələrində də hakimiyyət orqanları hücum yerlərini lentə alan və ya bununla bağlı materialları internetdə yayan yüzlərlə insanın həbs edildiyini açıqlayıblar.
İran fevralın 28-də həyata keçirilmiş ABŞ-İsrail zərbələrinə cavab olaraq Fars körfəzindəki qonşu dövlətlərdə ABŞ-nin hərbi və enerji obyektlərinə zərbələr endirib.
Sevinc Əliyeva
Ordu.az