“Tasnim”: İran dəniz blokadası davam etdiyi müddətdə danışıqlardan imtina edib

2026/04/1776365332.jpg
Oxunub: 417     19:23     19 Aprel 2026    
İran hələ ABŞ ilə danışıqlara nümayəndə heyəti göndərmək niyyətində deyil və dəniz blokadası davam etdiyi müddətdə danışıqlar baş tutmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran KİV-inin məlumatına görə, danışıqların birinci mərhələsi başa çatdıqdan sonra son günlər İran və ABŞ arasında mesaj mübadiləsi pakistanlı vasitəçi vasitəsilə davam edib.

Bildirilir ki, bu mesaj mübadiləsi danışıqların birinci mərhələsi zamanı başlanan prosesin bir növ davamı olub. Söhbət son nəticədə amerikalıların həddindən artıq böyük iddiaları səbəbindən danışıqların uğursuzluğuna gətirib çıxaran eyni prosesdən gedir.

Danışıqların başa çatmasından sonra pakistanlı vasitəçi son vaxtlar mesaj mübadiləsini davam etdirib. İran tərəfi vurğulayıb ki, Tramp İranın dəniz blokadasının ləğvi barədə bəyanat verməyənədək heç bir danışıqlar olmayacaq.

Bundan əvvəl CNN telekanalı İran mənbələrinə istinadən xəbər vermişdi ki, Tehranın nümayəndələri danışıqlar üçün çərşənbə axşamı Pakistana gələcəklər.

Öz növbəsində ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, onun xüsusi elçiləri Stiv Uitkof və Cared Kuşner Pakistanın paytaxtı İslamabada yollanacaqlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin