Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Briqada generalı Musəvinin sözlərinə görə, atəşkəs müddətində raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğularının komplektləşdirilməsi tempi hətta müharibədən əvvəlki səviyyəni də üstələyib.
“Atəşkəs dövründə raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğularının yenilənməsi və doldurulması sürətimiz müharibədən əvvəlkindən daha yüksəkdir. Bizdə məlumat var ki, düşmən özü üçün belə şərait yarada bilmir və sursatı dünyanın o biri başından “damcı üsulu” ilə gətirməyə məcburdur”, - deyə general bildirib.
SEPAH aerokosmik qüvvələrinin komandanının sözlərinə görə, ABŞ və İsrail “müharibənin bu mərhələsində də məğlub olublar”.
“Onlar (Hörmüz) boğazını, həmçinin Livanı və bütün bölgəni itiriblər”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az