İran prezidenti: “Münaqişənin davam etməsi tərəflərdən heç birinə sərf etmir”

2026/03/17723-1773989433.jpg
Oxunub: 481     16:48     19 Aprel 2026    
İran prezidenti Məsud Pezeşkian regional hadisələri və ABŞ-nin, İsrailin İrana qarşı hərbi əməliyyatlarını şərh edərkən vurğulayıb ki, İran müharibənin genişlənməsinə can atmır.

Ordu.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Onun sözlərinə görə, hərbi toqquşmaların davam etməsi tərəflərdən heç birinin maraqlarına uyğun deyil.

İran prezidenti bildirib ki, mövcud problemlərin həlli gərginliyin artırılmasında deyil, ağıllı yanaşmada, dialoqda və yeni dağıntılardan imtinadadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran  


Bizi "telegram"da izləyin