Argentina prezidenti İsrailə səfər edib

2026/04/1776599284.jpg
Oxunub: 452     15:47     19 Aprel 2026    
Argentina prezidenti Xavyer Miley Ben Qurion hava limanına eniş edib və üç günlük səfərlə İsrailə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Gözlənilir ki, səfər zamanı o, ölkəsinin səfirliyinin Qüdsə köçürülməsi barədə hər hansı kəskin açıqlama verməyəcək.

Beynəlxalq arenada İsrailin ən isti tərəfdarlarından biri hesab olunan Miley birbaşa Qərb divarına, yaxud Ağlama divarına gedəcək və orada İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Argentina lideri həmçinin İsrail prezidenti İsxak Hersoq ilə də görüşəcək.

Sabah Miley “Bar İlan” Universitetində fəxri doktor adı alacaq. Bu, Mileyin Argentina prezidenti vəzifəsində İsrailə üçüncü səfəridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   İsrail  


Bizi "telegram"da izləyin