“Okeanın o tayından təhlükəsizlik tədbirləri diktə etmə dövrü başa çatıb” - Vilayəti

2026/04/1776599198.jpg
Oxunub: 484     15:40     19 Aprel 2026    
İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti “X” sosial şəbəkəsində yazıb ki, okeanın o tayından təhlükəsizlik tədbirləri diktə etmə dövrü başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

“Bu gün Hörmüz və Malakka boğazlarının təhlükəsizliyi yalnız bizim və strateji tərəfdaşlarımızın gücü ilə deyil, Bab əl-Məndəb boğazının təhlükəsizliyi də “Ənsar Allah” hərəkatındakı qardaşlarımızın əlindədir. İstənilən şərə zəncirvari reaksiya cavab verəcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İran ABŞ-nin çoxsaylı pozuntularına istinad edərək Hörmüz boğazını yenidən bağladığını elan etmişdi.

Daha sonra Yəmən husiləri ABŞ prezidenti Donald Tramp sülhün bərqərar olmasına mane olmağa davam edərsə, Bab əl-Məndəb boğazını da bağlamaqla hədələmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vilayəti   İran  


Bizi "telegram"da izləyin