“Qiyamət günü” radiosu yeni siqnal yayıb

2026/03/1773249956.jpg
Oxunub: 1345     14:38     19 Aprel 2026    
“Qiyamət günü” radiosu yeni siqnal yayıb: “Pelevizator”.

Ordu.az xəbər verir ki, bu barədə “UVQ-76 loqi” “Telegram” kanalı məlumat verib.

Sonuncu dəfə radiostansiya aprelin 16-da yüksək aktivlik göstərmiş, ardıcıl olaraq “Asolev”, “Kriptonit”, “Kratovbiq”, “Myasorub” siqnallarını ötürmüşdü.

“Qiyamət günü” radiosu, həmçinin UVQ-76 və ya “Bzzan” (Жужжалка) adları ilə də tanınır, Rusiyaya məxsus hərbi radiostansiyadır və 1970-ci illərin sonlarından fəaliyyət göstərir.

Onun siqnalları monoton vızıltı səslərindən ibarətdir, bəzən isə səsli mesajlarla kəsilir. Bu vızıltının rabitə və ya nüvə cavab zərbəsinin avtomatik idarəetmə sisteminin bir hissəsi olduğu hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qiyamət-günü   Radio  


Bizi "telegram"da izləyin