Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.
Şahidlərin yaydığı videoda patrul əməkdaşlarının atəş səslərini eşidərək qaçdıqları görünür. Bundan başqa, polislər bir uşağın da daxil olduğu mülki şəxsləri müdafiəsiz qoyublar. Kadrlarda silahlı şəxsin bir kişiyə atəş açdığı, azyaşlı oğlanın isə qaçmağa çalışdığı görünür.
Klimenko hadisəyə münasibət bildirib. Nazir Ukrayna Milli Polisinin rəisi İvan Viqovskuya Kiyevdə terror hadisəsi zamanı polis əməkdaşlarının hərəkətləri ilə bağlı xidməti araşdırma aparmağı tapşırıb. O qeyd edib ki, Milli Polis qısa müddətdə araşdırmanın nəticələrini və qərarları açıqlayacaq. Yoxlama müddətində polis əməkdaşları xidməti vəzifələrinin icrasından uzaqlaşdırılıblar.
Xatırladaq ki, aprelin 18-I axşam silahlı kişi Kiyevin Qoloseyev rayonunda yoldan keçənlərə nizamsız atəş açıb, bundan əvvəl isə öz mənzilini yandırıb. Daha sonra o, insanların olduğu “Velmart” supermarketinə daxil olaraq barrikada qurub. Polis və digər hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıblar, bundan sonra danışıq aparan şəxslər təxminən 40 dəqiqə ərzində kişi ilə əlaqə yaratmağa çalışıblar.
O, girovlardan birini öldürdükdən sonra xüsusi təyinatlılar supermarketə hücum ediblər. Silahlı şəxs polisə atəş açıb və zərərsizləşdirilmə zamanı öldürülüb. Ukraynanın hüquq-mühafizə orqanları onun hərəkətlərini terror aktı kimi qiymətləndiriblər. Atışma nəticəsində 6 nəfər həlak olub, 10 nəfərdən çox şəxs yaralanıb.
Sevinc Əliyeva
Ordu.az