İranın CAR-dakı səfirliyi Trampı məsxərəyə qoyub

2026/04/1776440207.jpg
Oxunub: 484     14:34     19 Aprel 2026    
İranın Cənubi Afrika Respublikasındakı səfirliyi “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ prezidenti Donald Trampı açıq şəkildə məsxərəyə qoyub.

Ordu.az xəbər verir ki, buna səbəb İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid edildiyi bildirilən, gəmilərə strateji su yolundan keçməmək barədə xəbərdarlıq edilən viral video olub.

“Sən axmaqsan, o sənin axmaq prezidentin Trampı nəzərdə tuturdu. Sadəcə “Google”da “idiot” sözünü axtarın və kimin nəzərdə tutulduğunu anlayacaqsınız”, - deyə səfirliyin paylaşımında bildirilib.

16-cı dəniz kanalında yayımlandığı iddia edilən radio müraciətində gəmilərə İran silahlı qüvvələrinin icazəsi olmadan strateji su yolundan keçməyə cəhd etməmələri barədə xəbərdarlıq olunub.

“İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri danışır, 16-cı kanal vasitəsilə çağırış edirik. Hörmüz boğazı bağlı qalır. Biz onu imam Xameneyinin əmri ilə açacağıq, hansısa axmağın tvitlərinə görə yox. Hörmüz boğazından keçmək istəyirsinizsə, İranın SEPAH dəniz qüvvələrindən icazə almalısınız. Düşmənlərimizlə əlaqəsi olan bütün gəmilər Hörmüz boğazından keçməyə cəhd etsələr, hücuma məruz qalacaqlar”, - deyə səs yazısında qeyd olunub.

Səfirliyin sarkastik paylaşımı ABŞ prezidentinin sosial şəbəkələrdə videodakı “axmaq” sözünün İranın xarici işlər naziri Abbas Əraqçiyə yönəldiyini iddia etməsindən sonra edilib. Bu barədə “Tasnim” məlumat yayıb.

Diplomatik nümayəndəlik bu ehtimalı qətiyyətlə təkzib edib və bildirib ki, səs yazısındakı vurğu açıq şəkildə ABŞ prezidentinə yönəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin