Ordu.az xəbər verir ki, bu barədə IRIB dövlət televiziya kanalı ölkənin aviasiya qurumuna istinadən məlumat yayıb.
Məlumata görə, birinci mərhələdə tranzit reyslər bərpa olunacaq, ikinci mərhələdə isə İranın şərqində yerləşən hava limanlarından uçuşlar yenidən başlayacaq.
Üçüncü mərhələdə Mehrabad və İmam Xomeyni hava limanlarının fəaliyyəti bərpa ediləcək, dördüncü və yekun mərhələdə isə ölkənin qərbindəki hava limanlarından uçuşlar həyata keçiriləcək.
“Avia biletlərin satışı hazırda dayandırılıb və insanlar hava limanlarının son vəziyyəti, eləcə də bilet alma imkanları ilə bağlı rəsmi açıqlamaları izləməlidirlər”, - deyə Mülki Aviasiya Təşkilatının direktor müavininin sözləri sitat gətirilib.
Sevinc Əliyeva
Ordu.az