Ordu.az xəbər verir ki, bu barədə “Il Sole 24 Ore” məlumat yayıb.
Salvininin sözlərinə görə, “Rusiya neftinə qarşı sanksiyaları dayandırmış” ABŞ-nin nümunəsinə əməl etmək lazımdır. İtaliyalı siyasətçi həmçinin “Yaşıl Saziş adlanan ideoloji canavarı” dayandırmağa və “nüvə energetikasına” qayıtmağa çağırıb.
Bundan əlavə, Salvini mitinq zamanı “real inteqrasiya” naminə “mədəniyyət və dəyərlər baxımından yaxın ölkələrdən immiqrasiyaya üstünlük verilməsinə” çağırıb.
O, “silaha və sanksiyalara deyil, sülhə və diplomatiyaya” sərmayə yatırmağın vacibliyini bəyan edib, “Makronun və onun kimilərin arzuladığı Avropa ordusuna” “yox” deyib.
Sevinc Əliyeva
Ordu.az