Ordu.az xəbər verir ki, bunu Detroitdə keçirilən tədbirdə ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris bildirib.
Harrisin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampı İrana qarşı müharibəyə İsrailin baş naziri Benyamin Netanyahu “sürükləyib”.
“O, Bibi Netanyahunun onu cəlb etdiyi bir müharibəyə başlayıb, gəlin bunu açıq şəkildə qeyd edək. O, Amerika xalqının istəmədiyi bir müharibəyə başlayıb və amerikalı hərbçiləri riskə atıb”, - deyə siyasətçi bildirib.
Harris Tramp administrasiyasını “ABŞ tarixində ən korrupsiyalaşmış, amansız və səriştəsiz” adlandırıb.
Sevinc Əliyeva
Ordu.az