Ordu.az xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb.
“Mövcud şəraitdə və növbəti bildirişədək təhsil distant formatda davam edəcək. Məktəblərin fəaliyyətinin bərpası ilə bağlı hər hansı qərar müvafiq qurumlarla koordinasiya şəklində, şagirdlərin, müəllimlərin və ailələrin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi nəzərə alınaraq qəbul ediləcək”, - deyə İranın təhsil naziri bildirib.
ABŞ ilə İran arasında iki həftəlik atəşkəs aprelin 22-də başa çatmalıdır. Bundan əvvəl İran bildirmişdi ki, ABŞ ilə danışıqların növbəti mərhələsinin vaxtı hələ təyin edilməyib.
Sevinc Əliyeva
Ordu.az