ABŞ vitse-prezidenti Tramp ilə mübahisə etmək istəmədiyini deyən Roma Papasına təşəkkür edib

2026/04/1775969501.jpg
Oxunub: 517     11:39     19 Aprel 2026    
ABŞ vitse-prezidenti Cey Di Vens “X” sosial şəbəkəsində Roma Papası XIV Leoya təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Vensin sözlərinə görə, o, Roma Papasına sonuncunun sözlərinin ABŞ Prezidenti ilə yeni mübahisə başlatmaq cəhdi kimi qəbul edilməsindən təəssüf hissi keçirdiyini bildirdiyi açıqlamaya görə minnətdardır.

“Bunu dediyi üçün Papa Leoya təşəkkür edirəm. Kütləvi informasiya vasitələrinin daim qarşıdurma yaratdığı şəraitdə (və bəli, real fikir ayrılıqları olub və olacaq), reallıq çox vaxt daha mürəkkəbdir. Papa XIV Leo İncili təbliğ edir, elə də olmalıdır və bu qaçılmaz olaraq o deməkdir ki, o, müasir mənəvi məsələlər barədə öz fikrini bildirir. Prezident və bütün administrasiya bu mənəvi prinsipləri bizim qarışıq dünyamızda tətbiq etməyə çalışır. O bizim dualarımızda olacaq və ümid edirəm ki, biz də onun dualarında olacağıq”, - deyə Vens yazıb.

Bundan əvvəl Kamerunda çıxışı zamanı Roma Papası “dünyanı talayan bir qrup diktator” barədə danışmışdı.

XIV Leo son həftələrdə ümumilikdə ABŞ və İsrailin Yaxın Şərq siyasətini açıq şəkildə tənqid edib. O, Trampın İranda “sivilizasiyanı məhv etmək” hədəsini tamamilə qəbuledilməz hesab edib və Pentaqon rəhbəri Pit Heqsetə cavab verib. Heqset “İsa Məsihin naminə” amerikalı əsgərlərin qələbəsi üçün dua etməyə çağırmışdı. Papa Leonun sözlərinə görə, hökmranlıq istəyi “İsa Məsihin yoluna yad olan” anlayışdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ  


Bizi "telegram"da izləyin