Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi bildirib.
Baqayinin sözlərinə görə, Hörmüz boğazından “maneəsiz keçid” anlayışı faktiki olaraq o andan mənasını itirib ki, həmin boğaz ərazisində yerləşən ABŞ hərbi bazaları və obyektləri İrana qarşı aqressiv hərbi əməliyyatların həyata keçirilməsi üçün istifadə olunub.
O əlavə edib ki, yaranmış vəziyyətdə, şübhəsiz, günahkar ABŞ-dir.
Bundan əvvəl İran ABŞ tərəfindən çoxsaylı pozuntulara istinad edərək Hörmüz boğazını yenidən bağladığını elan etmişdi.
Daha sonra İran Milli Təhlükəsizlik Komissiyasının üzvü Borucerdi bildirib ki, Hörmüz boğazında şərait artıq heç vaxt müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq.
“Hörmüz boğazından keçid haqqının rialla alınması milli valyutanın möhkəmləndirilməsi məqsədilə üstün mövqe kimi nəzərdən keçirilir və Mərkəzi Bank rəqəmsal rialı təsdiqləməli, onu pul dövriyyəsinə buraxmalıdır”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az