Ordu.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko RT telekanalının jurnalisti Rik Sançesə müsahibəsində deyib.
Jurnalistin Belarus ilə ABŞ arasında hazırlanmaqda olan sazişin Vaşinqtonun Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdi ola biləcəyi barədə fikrinə Lukaşenko belə cavab verib: “Bilmirəm, amma Donald Trampın nəhayət bizim söhbətlərimizin və danışıqlarımızın arxasında daha böyük mənanı görməsindən məmnun olardım”.
“Məncə, bu tamamilə mümkündür. Biz bunun üçün hər şeyi edəcəyik, çünki anlayırıq ki, amerikalılar Rusiya ilə razılığa gəlsələr, bu, bizimlə razılaşmalarından iki dəfə yaxşı olacaq”, - deyə o əlavə edib.
“Və siz, xüsusilə Putinin prezidentliyi dövründə razılığa gələ bilərsiniz. O elə adamdır ki, onunla nəinki danışmaq, həm də razılaşmaq olar. Amma bunu dəqiq başa düşmək lazımdır: əgər söz vermisənsə, etməlisən”, - deyə Lukaşenko sözlərini yekunlaşdırıb.
Sevinc Əliyeva
Ordu.az