Ordu.az xəbər verir ki, bu barədə SAXAL-ın məlumatında deyilir.
Həlak olan hərbçi 769-cu “Hiram” ərazi briqadasının 7106-cı taborunun 31 yaşlı birinci dərəcəli çavuşu Lidor Poratdır. O, Aşdoddan idi.
Hadisə Livanda davam edən atəşkəs şəraitində baş verib.
İlkin hərbi araşdırmaya görə, Livanın cənubunda SAXAL-ın nəzarətində olan ərazidə batalyonun fəaliyyəti zamanı mühəndis texnikası “Hizbullah” hərəkatının yerləşdirdiyi bombaya düşərək partlayıb.
Partlayış nəticəsində ağır texnikanın mühafizəsini həyata keçirən hərbçilər zərər çəkiblər. Porat ölüb, daha doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb (biri ağır, dördü orta, dördü yüngül). Partlayışdan dərhal sonra İsrail Müdafiə Ordusu həmin ərazidə yerləşən bir neçə hədəfə zərbələr endirib.
Yaralı hərbçilər helikopterlə xəstəxanaya çatdırılıb, onların ailələrinə baş verənlə bağlı məlumat verilib, ordudan əlavə edilib. Hərbçilər hadisənin təfərrüatını araşdırırlar.
Bu gecə İsrail Livanın cənubunda daha bir ehtiyatda olan hərbçinin öldüyünü bildirib.
Sevinc Əliyeva
Ordu.az