Ordu.az xəbər verir ki, bu barədə SAXAL-ın bəyanatında qeyd olunub.
Həlak olan hərbçi 226-cı ehtiyat hava-desant hücum briqadasının 7056-cı taborunun 48 yaşlı giziri Barak Kalfon olub.
Hadisə ehtiyat hərbçilərin Livanın cənubundakı Cebeyn kəndində yerləşən bir binada silah axtardığı vaxt baş verib.
Yoxlama zamanı “Hizbullah” hərəkatının partlayıcı qurğusu işə düşüb, nəticədə Kalfon həlak olub, daha üç əsgər yaralanıb. Onlardan ikisinin vəziyyəti orta ağır, birinin isə yüngüldür. SAXAL-ın ilkin araşdırmasına görə, bomba uzaqdan partladılmayıb.
“Hərbçilər hadisənin təfərrüatını araşdırırlar. Yaralı əsgərlər helikopterlə İsrailin şimalında yerləşən xəstəxanaya çatdırılıb, onların ailələrinə məlumat verilib”, - SAXAL əlavə edib.
Sevinc Əliyeva
Ordu.az