İran bildirib ki, Hörmüz boğazında şərait artıq heç vaxt müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq

2026/04/1776163184.jpg
Oxunub: 668     09:30     19 Aprel 2026    
İran Milli Təhlükəsizlik Komissiyasının üzvü Borucerdi bildirib ki, Hörmüz boğazında şərait artıq heç vaxt müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsinin öz qiyməti var və buna görə də həmin xərcləri məhz İran ödəməlidir.

İran Milli Təhlükəsizlik Komissiyasının üzvü qeyd edib ki, Hörmüz boğazı ilə bağlı layihə hələlik yekun təsdiq üçün parlament, silahlı qüvvələr və Milli Təhlükəsizlik Ali Şurası arasında razılaşdırılma mərhələsindədir.

Hörmüz boğazından keçidə görə ödənişin rialla alınması milli valyutanın möhkəmləndirilməsi məqsədilə üstün mövqe kimi nəzərdən keçirilir və Mərkəzi Bank rəqəmsal rialı təsdiqləməli, onu pul dövriyyəsinə daxil etməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   İran  


Bizi "telegram"da izləyin