Litva və Latviya Slovakiyanın baş nazirinin öz ərazilərindən istifadə etməklə Moskvaya uçmasına qadağa qoyub

2024/12/1734066836.jpg
Oxunub: 496     09:26     19 Aprel 2026    
Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Litva və Latviya ona öz ərazilərindən istifadə etməklə Moskvaya uçmağa icazə verməyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Lakin Fitso vurğulayıb ki, ötən il Estoniya da eyni qadağanı tətbiq etdiyi zaman olduğu kimi, bu dəfə də Rusiyaya getmək üçün başqa marşrut tapacaq.

“Baltik ölkələrinin İkinci Dünya müharibəsi ilə bağlı münasibəti mənə Slovakiyanın azad olunmasına görə minnətdarlıq bildirməyə mane olmayacaq. Həmin döyüşlərdə Qırmızı Ordunun, Rumıniya ordusunun və Lüdvik Svobodanının komandanlığı altında 1-ci Çexoslovakiya Ordu Korpusunun on minlərlə əsgəri həlak olub”, - deyə Fitso bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Latviya  


Bizi "telegram"da izləyin