İranda bir gündə ABŞ və İsrail ilə əlaqədə şübhəli bilinən 69 nəfər tutulub

2026/03/1773424469.jpg
Oxunub: 401     00:49     19 Aprel 2026    
İranda ABŞ və İsrail ilə əlaqədə şübhəli bilinən 69 nəfər həbs olunub.

Ordu.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Bildirilib ki, tutulanlar arasında jurnalistlər də olub: "Onlar həssas mərkəzlərin məlumatlarını ötürməklə yanaşı, təxribat və pozuculuq əməlləri törətmək niyyətində olublar".

Saxlanılan şəxslərdən odlu və soyuq silah, həmçinin rabitə avadanlıqları aşkar edilərək müsadirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin